Ölkə

AMEA-nın iki institut və iki muzeyinə yenidən direktorlar seçilib

16 Sentyabr 2019 17:37
Baxış: 833
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin (HEB) iki institut və iki muzeyinə direktorlar yenidən seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bölmənin ümumi yığıncağında direktorların seçilməsi üçün gizli səsvermə yolu ilə seçkilər keçirilib.

Gizli səsvermə nəticəsində akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, akademik Teymur Kərimli Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, akademik Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Hüseyn Cavidin Ev Muzeyinin direktoru seçiliblər.

Seçilən direktorlar AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiqlənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.