“Avtoş” məhkəmə qərarından narazıdır - ""Prava”sız yaşaya bilmərəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücü "avtoş" kimi cərimələnməsindən narazıdır.
Milli.Az xəbər verir ki, qafqazinfo-ya müraciət edən vətəndaş Balağa Cavadov bildirib ki, iyulun 19-da paytaxtın Nəsimi rayonu ərazisində 90 PK 591 nömrəli "GreatWall" markalı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılıb: "Həmin vaxt 60-lıq yolda 80 ilə gedirdim, Neftçilər prospekti ilə sol zolaqla gəlib "Nobel"ə çatanda dönmə işığını yandırmadan 3 zolaq kəsib sağa keçdim. Bu vaxt arxadan yol polisi "Saxla!" əmri verdi, mən də dayandım. Dedilər "sən avtoxuliqanlıq etmisən", maşını da sürüb cərimə meydançasına apardılar. Mən də "ştrafnoy"a getdim, oradan bir dostuma zəng etdim, dedi ki, maşını meydançanın girişində saxla, səs-küy sal, yoxsa sənin işinə baxmayacaqlar. Mən də içəri girib maşını gətirib girişdə saxladım, "ştrafnoy"un işçiləri Səbail Yol Polisi Şöbəsinə məlumat verdilər. Sonra məni şöbəyə çağırdılar, orada da xeyli hay-küy saldım, amma mənim şikayətimə baxan olmadı. Düzü, heç pul da istəmədilər. Sonra dedilər ki, sənin işin məhkəməyə göndərilir. Səbail rayon Məhkəməsində hakim Aytən Əliyeva 15 dəqiqə ərzində qərar çıxardı ki, mən "avtoşluq" etmişəm. Buna görə 700 manat cərimə olundum və 1 il müddətinə sürücülük hüququndan məhrum edildim. Mən "prava"sız yaşaya bilmərəm, gündəlik 25 manata maşın arendaya götürüb taksi kimi işləyirəm, ailəmi, 2 uşağımı onunla saxlayıram. Mən etiraf edirəm ki, sürət həddini aşmışam, buna görə cərimə yazsınlar, zolaq kəsib dönmə etmişəm, buna görə də ayrı cərimə yazsınlar. Amma "prava"mı əlimdən almasınlar, bu, haqsızlıqdır".
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi polkovnik, Vaqif Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı qərarı məhkəmə verdiyi üçün onlarlıq bir iş yoxdur: "Burada son söz məhkəmənindir. Məhkəmə araşdırması aydın olsa ki, polis özbaşınalıq edib, ona cəza verilir, yaxud sürücü qanunu pozubsa, məhkəmə onu cərimələyir. Qərarı biz yox, məhkəmə verir. Vətəndaş qərardan razı qalmazsa, apelyasiya şikayəti verə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi
-
“Toyota Prius” 15 yaşlı qızı vurdu - FOTO





