Ölkə

Azərbaycanda QƏRİBƏ HADİSƏ: atını kəfənləyərək dəfn etdi

22 İyul 2019 14:10
3 Şərh     Baxış: 3 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məkkədən qayıdan Quba sakini atını kəfənləyərək dəfn edib. Səbəbi də atın sahibini sağ-salamat gətirib kəndə çatdırmasıdır.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Qubanın Buduq kəndindən gedir.

Sakinlərin sözlərinə görə, qədim zamanlarda bu kənddən xeyli insan Məkkə ziyarətinə gedib. Ziyarətə gedən qruplardan birində 20 nəfər olub və onlar atlarla gediblər. Atlardan 19-u aclıq və susuzluqdan yolda ölüb. Biri isə müqəddəs torpaqları ziyarət etdikdən sonra sahibini kəndə çatdırıb və oradaca ölüb.

Sahibi də ata hörmət əlaməti olaraq onu kəfənləyib və oradaca dəfn edib. Heyvanın qəbrinin yerinin bilinməsi üçün də üzərinə daş qoyub.

Sonralar isə ərazidən keçənlər atın basdırıldığı yerə daş atıblar ki, qəbir itməsin. Həmin yeri isə "Daşqalağı piri" adlandırırlar.

İlahiyyatçılar isə bildirirlər ki, kəfənləyərk dəfn etmək və qəbir hazırlamaq insan üçün buyurulub. Heyvan üçün bunu etmək doğru deyil və xürafata yol açır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.