Ölkə

Məcburi köçkün Bakıda 427 min dollar borc götürüb futbol mərcində uduzdu - TƏFƏRRÜAT

16 İyun 2019 12:54
7 Şərh     Baxış: 6 298

Qumar bir çoxları kimi onun da həyatını məhv edib, ailəsi dağılıb, dostlarına borclanıb, indi isə hakim önünə çıxarılıb. Söhbət Laçın rayon sakini 41 yaşlı Səbuhi Əliyevdən gedir. Səbuhi etiraf edir ki, məhz qumar onu həyatın dibinə sürükləyib, ailəsindən, dostlarından ayrı salıb. Nə vaxtsa yüklü məbləğ uda biləcəyi ümidi ilə bağışlanmaz səhvlər edib, çörək kəsdiyi insanları aldadıb.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib. Daimi müştəriləri -  əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər: "Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim".

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib: "Taleh mənə hesab kodu verdi. Həmin kodla "bet 365" internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum. Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı".

Zərərçəkmiş qismində dindirilən Heydər Əhmədov ifadəsində Rusiyada yaşayan qohumlarının Bakıda və ya Şəmkirdəki tapşırıqlarını yerinə yetirdiyini, tapşırıqlara şəxsi pullarını xərclədiyini, sonradan öz xeyrini götürdüyünü deyib: "Təxminən 200-250 min dollar vəsaitim olurdu. Bəzi alış-verişlər xarici valyuta ilə olduğundan tez-tez pul mübadiləsi edirdim. Səbuhi ilə 2016-cı ildən valyuta mübadiləsi etməyə başladım. İstənilən pul vahidi lazım olduqda zəng vururdum, özü gətirib çatdırırdı. Bu cür əməliyyatlar mənim üçün də rahat idi. Uşaqlıq dostum İbrahimi Səbuhi ilə tanış etmişdim. İbrahim də onunla işləməyə başlamışdı".

Zərərçəkmişin ifadəsinə görə, Səbuhi onun etimadını qazanıb. İş o yerə çatıb ki, hətta Səbuhiyə pul verib götürəndə məbləği də saymayıb: "Səbuhi məni iş adamı kimi tanıyırdı. Üstümdə həmişə pul olduğunu bilirdi. 27 dekabr 2017-ci ildə Səbuhi zəng vurub pul mübadiləsi üçün təcili 300 min dollar lazım olduğunu, həmin mübadilədən mənə də xeyir qalacağını dedi. Üstümdə cəmi 217 min dollar vardı, onu verdim. Səbuhi pulu bir günə qaytaracağını, öz xeyrindən 300 manat əlavə verəcəyini dedi".

H.Əhmədov S.Əliyevlə görüşə gedərkən uşaqlıq dostu İbrahim Vəliyevin də orada olduğunu görüb. Nə üçün gəldiyini soruşduqda İbrahim ona Səbuhiyə 200 min dollar verdiyini deyib. İçərisində 217 min dollar olan torbanı Səbuhiyə verib. Səbuhi pulları saymayıb və maşına oturub oradan uzaqlaşıb. Ertəsi gün isə Səbuhi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb: "Zəng vurdum, operatorun türk dilində telefonun bağlı olmasını deməsini eşidəndə Səbuhinin Türkiyəyə qaçmasını başa düşdüm. Bir neçə dəfə Səbuhi özü türk nömrəsindən zəng vurub şəxsi işləri ilə bağlı İstanbulda olduğunu, pulları götürüb Bakıya gətirəcəyini və borcunu qaytaracağını dedi. Lakin sonradan ona zəng çatmadı. İbrahimlə gedib şikayət ərizəsi yazdıq".

Məhkəmə prosesi davam edir.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    Kassir · 16 İyun 14:0931

    Allah hem sebr versin hem agil versin hemde komek olsun. 300 azn e gore 200-300 min dollar riske gediler? Catmirda mene. Burax gunluyu saatliqda olsa deymez

    Cavab yaz
  • Anonim
    Elshen · 16 İyun 18:0221

    Burda deyibləre, başladın oynamağa topaz, get özünə qəbir qaz. Bir də belə deyiblər, başladın oynamağa topaz, çoxaldı yer üzündə bir dənə də qaz.

    Cavab yaz
  • Anonim
    Vetandas · 16 İyun 18:3311

    Qumar cix evler yixib qumarin yeni novude Topazdi yaxsi olardi leqallasmis bu qumar oyununuda legv ederdiler .

    Cavab yaz
  • Anonim
    asi · 16 İyun 19:1051

    Elə torpaqlar da bu cür qumarbazların güdazına getdi...300 manatın tamahına 210 min dollar verənin də ağlı az ola gərəkki..

    Cavab yaz
  • Anonim
    Musa · 16 İyun 22:2221

    vallah mən desəm ki mənə 200 min dollar borc verin 1 günə 10 min dollar üstündə qaytaracam heç kim verməz .300 manata görə 217000 dollar vermək başdan xarablıqdır

    Cavab yaz
  • Anonim
    Castel · 17 İyun 08:1811

    Aqlı olan heç kim 300 dollara gore 200-300 min dollar pul vermez. Burda basqa nese var bu ise ancaq baxane seylerdi... Cemaatda pul var ee 200 min pulu sen get dostuna ver. Mende bele dostlar yoxdu bes sizde :) ?

    Cavab yaz
  • Anonim
    Famil · 17 İyun 09:0710

    Bet365.com top az kimi bir saytdır dunyada mərc oyunlarında böyük pay sahibidir.Mərc oyunları od kimi bir şeydi istəsən isinərsən istəsən haranisa yandirirsan mən yetərincə insanlar tanıyıram öz həyatını qurmaqda bu sayta borcludurlar həmçinin de mende.hər bir işdə uğur insanin sebrinə,aglina,nəfsinə bağlıdır.Bu işlərdə qazanc illərin təcrübəsinə və sənin o saytlarda tapdığın boşluğa esaslanir.hamiya işlərində uğurlar arzulayıram

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.