Ölkə

Avtomobil ağaca çırpıldı: ölən var - FOTO

13 Aprel 2019 13:57
0 Şərh     Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün gecə saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kəpənəkçi-Qandax avtomobil yolunda qeydə alınıb.

Kəpənəkçi kənd sakini Ramil Mehdiyev idarə etdiyi "VAZ 21011" markalı minik avtomobilinin idarəetməsini itirərək onu yolun kənarındakı ağaca çırpıb. 

Sürücü R.Mehdiyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Ramin Kərimov və Camal Hacıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralıların vəziyyəti orta-ağırdır. 

Bildirilir ki, qəzaya düşən şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.