Ölkə

Qəzada ölən azərbaycanlı müğənninin SON GÖRÜNTÜSÜ ortaya çıxdı - VİDEO - FOTO

5 Mart 2019 12:45
4 Şərh     Baxış: 10 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2005-ci ilin dekabrın 4-ü tarixində avtomobil qəzası nəticəsində dünyasını dəyişən məşhur müğənni Şəfa Hüseynovanın xatirəsi "Şou ATV"də yad edilib.

Milli.Az xəbər verir ki, anası ilə eyni qəzada ölən mərhum müğənni haqda qardaşı Zöhrab danışıb:

"Mən işdə idim. Böyük bacım zəng vurdu ki, "Zöhrab, Səxavət indi zəng vurdu ki, qəza törətmişəm" dedi telefonu söndürdü. Yığıram götürən yoxdur. Sonra zəng etdi ki, narahat olma, hər şey yaxşıdır. Necə getmişik hadisə yerinə, biz ora gedincə onları "Musa Nağıyev" adına xəstəxanaya yerləşdiriblər.

Saatlı rayonundan qohum toyundan gəlirdilər. Bir gün əvvəl toyda olublar. Gecəni qalıblar, səhər yola çıxıblar. O toydan bir şəkil var, anamla ikisi. Axırıncı şəkil".

Müğənninin anası ilə qəzadan bir gün öncə toyda çəkdirdikləri həmin foto efirdə tamaşaçılara təqdim edilib:

Şəfanın qardaşının daha geniş açıqlaması videoda:

Xatırladaq ki, qəza zamanı dünyasını dəyişən müğənni və anasından fərqli olaraq ağır xəsarət alan qardaşı Səxavət komaya düşmüşdü. O, 46 gün sonra komadan ayılmışdı.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəzada ölən azərbaycanlı müğənninin SON GÖRÜNTÜSÜ ortaya çıxdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.