İsmayıllıda yanğın baş verib.
FHN-dən Milli.Az-a verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az