İvanovkada yanğın baş verib

12 Fevral 2019 10:27

İsmayıllıda yanğın baş verib.

FHN-dən Milli.Az-a verilən məlumata görə, İsmayıllı rayonunun İvanovka kəndində ümumi sahəsi 48 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az