Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair tədbirlər planı" təsdiq edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirlər planında Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, ictimaiyyət nümayəndələri tərəfindən Şəhidlər xiyabanının ziyarət edilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlərin təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında qanlı qırğını əks etdirən materialların yayılması və internet şəbəkəsində mütəmadi olaraq yenilənməsi nəzərdə tutulub.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya və qurumların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil ediləcək, idarə və təşkilatlarda, təhsil və mədəniyyət müəssisələrində xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçiriləcək, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunacaq.
Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) dövlət qurumları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların şəhid ailələri ilə görüşləri təşkil ediləcək.
Fevralın 26-da təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunacaq. Həmin gün saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Xocalı soyqırımı günü ilə əlaqədar respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
XƏBƏR LENTİ
-
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
-
Nicat Azadlı ilə bağlı yayılan videoya özü cavab verdi: “Şantaja məruz qalmışam”
-
Prezident İlham Əliyev: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
-
Deputat idi, indi "Qocalar evi"ndə qalır - (Video)
-
Prezident İlham Əliyev: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi
-
Prezident İlham Əliyev: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
-
Azərbaycanda sulu qar yağdı - Faktiki hava
-
“Abi” ləqəbli Elmin Mehdiyev məşhur türk aparıcının qonağı oldu - (Video)
-
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
-
Türkiyədə mədən qəzasında ölənlərin sayı 5-ə çatdı
-
Ukraynada həlak olan azərbaycanlı dəfn edildi





