Ölkə

Azərbaycanda orta ömür müddəti açıqlandı

5 Yanvar 2019 10:44
Baxış: 2 703
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

"Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır.

Bununla həm də insanların orta ömrü artmış olur", - komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.