Ölkə

Azərbaycanın səhiyyə sistemi yaxın illərdə dünyada qabaqcıl yerlərdən birinə çıxacaq

18 Dekabr 2018 18:19
Baxış: 1 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın bütün regionlarını əhatə edən yeni səhiyyə sistemi qurulub.

"Bu gün Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidenti İlham Əliyevin nitqindən də göründüyü kimi, ölkə başçısı Azərbaycanda əhalinin sağlamlığına çox böyük qayğı və diqqətlə yanaşır. Ümumiyyətlə, əhalinn sağlamlığının qorunması Azərbaycan dövlətinin daxili siyasətinin ən üstün istiqamətlərindən biridir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.

Millət vəkili qeyd edib ki, ümumilikdə, son 15 ildə ölkənin bütün regionlarını əhatə edən yeni bir səhiyyə sistemi qurulub: "Son illlərdə 650-yə yaxın tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Dövlət başçısının tapşırıqlarına əsasən, hər il 5 milyondan çox vətəndaşımız dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi dispanserizasiyadan keçir, profilaktik müayinə və müalicələrə cəlb olunur, xəstəlik vəziyyətləri aşkarlanır və lazımi tibbi yardımlar göstərilir.

Eyni zamanda görülən işlərin nəticəsində vətəndaşların xarici ölkələrə müayinə və müalicəsi üçün üz tutmasına demək olar ki, heç bir lüzum qalmayıb. Çünki bu gün Azərbaycanda həm tibbi texnologiyaların, həm yüksək ixtisaslı peşəkar kadrlarımızın təminatı səviyyəsinə görə burda istənilən müayinə, müalicə və tibbi əməliyyatları aparmaq mümkündür".  


M.Quliyev əlavə edib ki, Azərbaycanın səhiyyə sistemi yaxın illərdə daha da inkişaf edərək dünyada qabaqcıl yerlərdən birinə çıxacaq: "Gələn ildən icbari tibbi sığorta daha geniş şəkildə tətbiq olunmağa başlayacaq və yaxın illərdə əhalinn tibb xidmətlərinə əlçatanlığı, eləcə də tibbi xidmətlərin keyfiyyəti daha da yaxşılaşacaq.

Bundan əlavə, 2019-cu ildə Azərbaycanın dövlət büdcəsində səhiyyə xərcləri ötən ildəkilərə nisbətən 40 faiz artırılacaq və rəqəm 1 milyard manatı ötəcək. Bu da Azərbaycanın müstəqilliyi illərində səhiyyənin maliyyələşməsi sahəsində ən yüksək göstərici deməkdir.

Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar, görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir və dünyada dövlətimizin reytinqinin daha da yüksəlməsinə xidmət edir.

Bütün bunların hamısı göstərir ki, vətəndaşların sağlamlığı Azərbaycanın dövlət başçısı çox önəmli faktordur. Bu işin həyata keçirilməsi isə həm Prezident İlham Əliyevin, həm də ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir".

İlkin İzzət
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.