"2019-cu il dövlət büdcəsi haqqında” qanun - İslahatlar nə vəd edir? - Baş redaktorun ŞƏRHİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması üçündür.
Milli.Az bildirir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Ekspert xatırladıb ki, bu günlərdə Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib: "Sənədə nəzər yetirdikdə aydın olur ki, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü olacaq. Belə ki, büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Növbəti ildə əhalinin sağlamlığının qorunması da diqqət mərkəzində olacaq. Gələn il səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Bununla yanaşı, icbari tibbi sığorta üçün 223 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Təhsil xərcləri isə 11 faiz artacaq və 2 milyard 275 milyon manata çatacaq".
V.Rəhimzadə qeyd edib ki, ehtiyac meyarının, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclərin artırılması ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin bariz nümunələridir:
"2019-cu ildə ehtiyac meyarının həddinin 13 manat artırılaraq 143 manata, əhalinin sosial demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğinin 173 manatdan 180 manata çatdırılması planlaşdırılır. Həmçinin qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı xərclər üçün 262 milyon manat vəsait ayrılacaq. Bu rəqəm 2018-ci illə müqayisədə 7 faiz çoxdur. Dövlət büdcəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə birdəfəlik ödənişlərin verilməsinin davam etdirilməsi üçün 50 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur. Rəqəmlərdən də göründüyü kimi, dövlət siyasətinin mərkəzində insan amili dayanır. Görülən işlər, həyata keçirilən islahatlar insanların daha yaxşı yaşaması, onların dövlətin diqqət və qayğısı ilə əhatə olunması üçündür".
Baş redaktor əlavə edib ki, gələn ilin büdcəsində ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi, həmçinin hərbi qulluqçulara mənzillərin verilməsi, habelə kirayə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara ödənilən pul kompensasiyası ilə bağlı da mühüm məqamlar yer alıb: "Belə ki, bu istiqamətdəki xərclərə 212 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir və bu tendensiya ildən-ilə daha yüksək göstəricilərlə davam etdirilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
XƏBƏR LENTİ
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib





