Ölkə

Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi dəyişib

31 Oktyabr 2018 09:40
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi"nə dəyişiklik edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, "Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının yaradılması haqqında" Nazirlər Kabinetinin 1995-ci il 12 iyun tarixli qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasının tərkibi"nin beşinci abzasında "vergi öhdəliklərinin icrasına nəzarət" sözləri "Rəqəmsal vergi inzibatçılığı" sözləri ilə əvəzlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.