Polo üzrə Azərbaycan millisindən böyük uğur - Avropada 2-ci olduq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan millisinə azarkeşlik etmək üçün İtaliyaya gəlmiş bütün həmyerlilərimiz, həmçinin komandamızın hər bir oyununun nəticəsini böyük ümidlə gözləyən hər bir Azərbaycan polosevəri üçün milli yığmamızın İtaliyanın Siyene şəhərində sentyabr ayının 20-dən başlanan qızıl medallar uğrunda zəfər yürüşü möhtəşəm və çoxdan gözlənilən bir hədiyyə olub.
Millimizin daha güclü olmasını ardıcıl olaraq sübut etdiyi Niderland, ikiqat Avropa çempionu olan Fransa, Slovakiya və nəhayət, turnirin favoriti olan İrlandiya yığmaları ilə görüşlərdə idmançılarımızın mübarizliyi və iradə qüvvəsi hər birimizə fərəh dolu anlar yaşadıb.
Avropa Çempionatının 30 sentyabr tarixində keçirilmiş son və həlledici oyununda yaşadığımız duyğular həmin hisslərin məntiqi davamı və kulminasiyası olmuşdur.
Yerli sakinlərin və xaricdən gəlmiş çoxsaylı polo sevərlərin böyük həyacan, maraq və gərginliklə izlədikləri İtaliya və Azər-baycan yığma komandaları arasında final yarışması bütün gözləntiləri artıqlaması ilə doğruldub.
Avropa birinciliklərində hər zaman güclü oyun göstərən, 3 finalda iştirak edərək 2005-ci ildə qitə çempionatının qalibi olmuş İtaliya yığması üçün doğma meydanda keçirilən turnirdə birinciliyin bir şərəf işi olmasını, rəqibimizin final oyununa çox ciddi hazırlaşacağını, millimizin oyun tərzinin diqqətlə öyrəniləcəyini, oyunun gedişatından asılı olaraq hansı üsul və fəndlərdən yararlanmağımızın ciddi təhlil ediləcəyini gözəl anlayan yığmamızın üzvləri bu oyunda qələbə qazanmaq üçün bütün qüvvə və bacarıqlarını səfərbər ediblər.
Avropa çempionatının debütantı olaraq böyük müvəffəqiyyətə imza atmış Azərbaycan komandasının turnirdə nümayiş etdirdiyi qələbə əzmi və döyüş ruhu qitə birinciliyinin ən böyük sürprizi olub.
Son dərəcə gərgin keçən və dramatik anlarla yadda qalan final yarışmasında rəqiblərinə 8:4 hesabı ilə məğlub olmalarına baxmayaraq, idmançılarımız Azərbaycan atçılıq idmanı tarixinə yeni və möhtəşəm səhifə yazıblar.
Milli yığmamızın bu uğuru Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin atçılıq idmanına göstərdiyi ali diqqət və qayğının gerçək nəticəsi, Azərbaycan Respublikasının Atçılıq Federasiyasının uzun illər ərzində ardıcıl olaraq həyata keçirdiyi məqsədyönlü fəaliyyətin növbəti təzahürü olub.
Böyük uğur münasibətlə Azərbaycan millisini və bütün idman azarkeşlərini təbrik edir, bundan da yüksək zirvələrin fəth edilməsini arzulayırıq!
Zəfər Tağı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Natavan Həbibi tanınmaz halda (Foto)
-
Fidan Hacıyeva Londonda uğurla çıxış edib - Musiqi Zəfər və Dövlət Bayrağı şərəfinə ürəkləri birləşdirib - (Video/Foto)
-
Köhnə əşyaları atanlar bunu bilsəydi... - Evdəki əşyaların gizli dəyəri
XƏBƏR LENTİ
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
-
Joze Mourinyo La Liqanın ən yaxşı məşqçisi seçildi
-
Saatlarla oturanların diqqətinə
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi





