Ölkə

Marşrutda itən uşaq valideynlərini tapdı - YENİLƏNİB - FOTO

24 Sentyabr 2018 16:53
6 Şərh     Baxış: 4 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16:53

Bakıda marşrut avtobusunda itkin düşən uşaq ailəsinə təhvil verilib.

4 yaşlı Yusifin atası Xamiq Seyidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, Sulutəpə qəsəbəsində yaşayırlar: "Özüm "Şamaxinka"da işləyirəm, uşağı da gətirmişdim ki, parka apararam. Səhər biraz parkda oynadı, sonra öz yanıma gətirdim. Mən bu ərazidə 5-ci mərtəbədə işləyirəm. Pilləkənləri nə vaxt düşübsə, xəbərim olmayıb. Küçədən marşruta minib deyib ki, Sulutəpəyə gedirəm, avtobus sürücüsü görüb təkdi, polisə təhvil verib.

Oğlumun sudurğası var, həm də dəcəldi. Ona görə nömrəmi kağıza yazıb cibinə qoymuşam, daim orada olur. Polislərə də deyib ki, atamın nömrəsi cibimdədir. Polis əməkdaşları zəng etdilər, gedib götürdüm. İndi uşaq yanımdadır, yaxşıdır".

-----------

16:11

Bu gün saat 14 radələrində 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda 5-6 yaşlı oğlan uşağı tapılıb.

Milli.Az xəbər verir ki, sərnişinlərin daşınması ilə məşğul olan "Xaliq Faiqoğlu" şirkətindən qafqazinfo-ya verilən məlumata görə, azyaşlı avtobusla hara getməli olduğunu, yaşadığı ünvanı bilmədiyini deyib. Şirkət əməkdaşları tərəfindən dərhal DİN 102 qaynar telefon xəttinə və yaxınlıqdakı polis bölməsinə bu barədə məlumat verilib.

Uşağı tanıyanlardan ailə üzvlərinə məlumat vermələrini xahiş edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.