ABŞ-da azərbaycanlı rəssamların sərgisi keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Los Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğunda ABŞ-da yaşayan gənc azərbaycanlı qadın rəssamların əsərlərindən ibarət sərgi keçirilib.
Konsulluqdan Milli.Az-a verilən məlumata görə, sərgidə Aydan Hüseynli, Fidan Kim, Dinarə Cəbiyeva, Lalə Rəhimova və Səyyarə Nemətovanın əsərləri nümayiş etdirilib.
Baş Konsulluğun dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan icmasının üzvləri, xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış şəxslər, o cümlədən kimya üzrə Nobel mükafatçısı Arye Vorşel (Arieh Warshel), elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk və İran icmalarının rəhbərləri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, xüsusilə rəssamlıq sənətinin tarixi və bugünkü inkişafı, habelə Azərbaycanın görkəmli rəssamları haqqında ətraflı məlumat verib və gənc qadın rəssamları qonaqlara təqdim edib. Müstəqil dövlət kimi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına dövlət səviyyəsində xüsusi diqqətin yetirildiyini qeyd edən baş konsul N.Ağayev, Heydər Əliyev Fondunun dəstəyilə həyata keçirilən layihələrdən və gənc sənətkarların yaradıcılığını dəstəkləyən "YARAT" Müasir İncəsənət Məkanının fəaliyyəti barədə danışıb.
Çıxışdan sonra "YARAT" Müasir İncəsənət Məkanının fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirilib. Həmçinin, sərgi iştirakçılarından olan, Azərbaycanın mərhum əməkdar artisti, opera müğənnisi Sona Aslanovanın nəvəsi Lalə Rəhimovanın ifasında klassik musiqi əsərləri səsləndirilib. Film və musiqi proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi qonaqların böyük rəğbət və heyranlığına səbəb olub.
Zərif Nisə
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
XƏBƏR LENTİ
-
"Kara Haydar"ın maşınlarından "paçka-paçka" pullar çıxdı - (Foto)
-
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılacaq
-
Əli Tarakçı həbs olundu
-
TIR "07" ilə toqquşdu: Yaralılar var
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)





