Ölkə

“Kredit faizləri çox yüksəkdir” - Elman Rüstəmov

14 İyun 2018 11:29
1 Şərh     Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov brifinq keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sədr 2018-ci ilin ötən dövrü ilə bağlı durumu və ilin sonuna olan proqnozlardan danışıb.

O bildirib ki, ilin sonuna olan proqnoza görə, iqtisadiyyatın inkişafı davam edəcək: "Monetar şəraitin yumşaldılması haqqında qərar qəbul etmişik. 

Pul bazasına artıcı təsir göstərən əməliyyatlar keçirmişik. 

Əmanətlərin dollarlaşması azalıb. İnflyasiya risklərini nəzərə almaqla faiz dəhlizi parametlərinə dair avqust ayında qərarlar verəcəyik.

Kredit faizləri ilə bağlı situasiya isə mürəkkəbdir, bu faiz dərəcələri bütövlükdə çox yüksəkdir. Bunu təkcə makroiqtisadi səbəblərdə yox, digər amillərdə axtarmaq lazımdır. Bir səbəb də budur ki, kreditlərə tələbat böyükdür. Həmçinin bankların risklərini də nəzərə almaq lazımdır. Bu risklərin yumşaldılması istiqamətində addımlar atmalıyıq. Yaxın gələcəkdə kredit faizlərinin aşağı salınması, bazar tərəfindən təklif edilən ipoteka faizlərin bir dərəcədə olmasını görəcəyik. Amma bunun üçün çoxlu işlər görməliyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.