Tokay Məmmədovla vida mərasimi Təzə Pir məscidində keçiriləcək - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
18:27
Xalq rəssamı Tokay Məmmədovla vida mərasimi mayın 3-də Təzə Pir Məscidində keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görkəmli heykəltəraşla vida görüşü saat 12:00-dan 14:00-dək davam edəcək. Xalq rəssamının dəfn olunacağı yer hələlik məlum deyil, yaxın saatlarda bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, 91 yaşlı xalq rəssamı bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
----------
15:55
Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov vəfat edib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, 91 yaşlı xalq rəssamı bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Tokay Məmmədovla vida mərasiminin keçiriləcəyi məkan və dəfn olunacağı yer dəqiqləşdirilir.
Tokay Məmmədov Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.
Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Atası Həbib Qurban oğlu Məmmədov texnika elmləri doktoru, anası Zivər Məmmədova isə Azərbaycanın ilk qadın heykəltəraşı olub. İlk təhsilini anasından alıb.
Tokay Məmmədov 1945-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedib və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsinə qəbul olunub. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alıb.
Tokay Məmmədov yaratdığı işlərə görə 1978-ci ildə SSRİ Dövlət Mükafatı, 1982-ci ildə isə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, həmçinin "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordenləri ilə təltif olunub.
T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-cı ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib.
Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
XƏBƏR LENTİ
-
"Çox qorxulu kino"dan 26 il sonra inanılmaz rekord
-
Yuxu üçün ideal otaq temperaturu neçədir?
-
Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür
-
Xameneinin müavini yol qəzasında həlak olub
-
Dəhşətli cinayətlər və istintaqlar əsasında çəkilmiş ən yaxşı 15 film
-
Pul onlara gəlir: xoş bonus alacaq BÜRCLƏR
-
Gəncədə minik maşını ağaca çırpıldı, xəsarət alanlar var
-
Şamaxıda bir neçə kəndlə əlaqə kəsildi
-
Braziliya - Yaponiya oyununun ən yaxşı futbolçusu Kazemiro olub
-
Çin mətbəxinin ləzzətli küçə yeməyi: Jianbing
-
Demet Akalın var-dövlətinin qızına qalacağını açıqladı
-
Kadir İnanır kimdir? - Rol yoldaşının məhkəməyə verdiyi aktyor
-
Braziliya millisi 1/8 finala yüksəldi - DÇ-2026 - (Video)
-
Pirşağıda dənizdə batan qadın müəllim imiş
-
Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar
-
Türkiyə Ankarada keçiriləcək NATO sammitindən gözləntilərini açıqlayıb
-
İsrail elə sabah İranla müharibəyə başlaya bilər - Kats
-
Bakıda qadın evinin həyətində ölü tapıldı
-
“Qurani-Kərim”lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
-
Nilsudan 2 milyonluq yatırım
-
"Onlar artıq mənim deyil, insanların mülküdür"
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
-
“Serhat” “Daha17”dən ayrılır?





