Ölkə

Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək

26 Aprel 2018 12:16
2 Şərh     Baxış: 2 343

Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: "Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

E.Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur:

"Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    rr · 26 Aprel 2018 12:1830

    Dersleride sentyabirin 1 elaseydiler ela olardi.

    Cavab yaz
  • Anonim
    Gulya · 26 Aprel 2018 13:2010

    Cox xaiw idiremki biraz derslerde yunguluk olsun BSQ ler cox cetin verilir imtahanlarda ibtidai sinif salmirlar yuxari siniflerdende duwur dersler .Guman edirik ki nazirimiz xirda nuanslarada diqqet edecek

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.