Ölkə

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlandı

23 Mart 2018 12:26
0 Şərh     Baxış: 1 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov report-a açıqlamasında bildirib ki, son günlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.

Onun sözlərinə görə, ərazidə müşahidə işləri aparılır: "Bayıl sürüşmə sahəsinə reperlər, mayaklar quraşdırılıb. Hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə, ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmaz. Geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb. Ərazi daimi nəzarətdədir".

R.Həsənov qeyd edib ki, Abşeron rayonunun Nübar qəsəbəsi və Masazır qəsəbəsində yerləşən Zəli gölü sürüşmə ərazisində son günlər aktivlik qeydə alınıb: "Aktivliyin səbəbi əraziyə düşən mövsümü yağıntıların təsiridir. Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində də sürüşmənin dinamikasında aktivlik olub".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.