Ölkə

Dələduzluğa görə axtarışda olan kişi qadını və özünü yandırmaq istədi

13 Mart 2018 13:49
1 Şərh     Baxış: 647

Martın 12-də DİN-in "102 Zəng Mərkəz" Xidmətinə Sumqayıt şəhəri 3-cü məhəllənin ərazisində bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.

DİN-dən Milli.Az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gəliblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.

Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

Saxlanılaraq ŞPİ-yə gətirilən həmin şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmov olduğu, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəməsi müəyyən edilib.

Faktla bağlı toplanmış materallar Sumayıt Şəhər Prokurorluğuna göndərilib.

Pünhan Mirzə
Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Emmaa · 13 Mart 14:0210

    Yandırırsan özünü yandır.ay,,, Koçeri qadını yandırmaq ne demek.alcaq şerefsiz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.