Ölkə

Məktəbdə intim videosu yayılan 11-ci sinif şagirdindən XƏBƏR VAR

12 Fevral 2018 09:46
56 Şərh     Baxış: 37 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən həmin məktəbin 11-ci sinif şagirdi R.C. Bakı İstintaq Təcridxanasına köçürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, fevralın 11-də Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş şəxs istintaq təcridxanasına etap edilib.

İstintaq dövründə R.C Bakı İstintaq Təcridxanasında saxlanılacaq.

Qeyd edək ki, R.C 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilir. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.