Ölkə

Yoxa çıxan Kamranı qardaşı öldürüb? - Anası yuxuda görüb - ŞOK VİDEO

6 Fevral 2018 20:45
1 Şərh     Baxış: 4 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aylar öncə yoxa çıxan Nurullayev Kamranın qətlə yetirildiyi iddiaları artıb.

Milli.Az xəbər verir ki, "Səni axtarıram"da oğlunun öldürüldüyünü düşünən ana hətta bunu yuxuda da gördüyünü sözlərinə əlavə edib.

Verilişin çəkiliş heyəti Kamranın qardaşı Elxanı çəkmək istəsə də o nə üzünün göstərilməsinə icazə verməyib, nə də verilişdə iştirak təklifini qəbul edib. Elxanı qardaşını qətlə yetirdiyini iddia etdiyi iki nəfərin olduğunu açıqlasa da, bu barədə heç kimə heç nə deməyəcəyini bildirib.

Qeyd edək ki, itkin düşən şəxs onlara məxsus olduğu deyilən mülkü satsa da, ailəsinə pul verməyib. Qardaşı Elxanın da o vaxtdan Kamranla ədavətinin olduğu iddia edilir.

Verilişdə şübhəni artıran digər məqam isə Kamranın son zamanlar birgə spirtli içki qəbul etdiyi Mişanın açıqlaması olub. İçkili halda olan Mişa deyilən şəxs aparıcı Xoşqədəmə verdiyi açıqlamada Kamranın içki almaq üçün "getdilər" dedikdən sonra, dərhal "getdi" ifadəsi ilə düzəliş etməsi olub. Onu da əlavə edək ki, Kamran yoxa çıxdıqdan sonra, indi Elxan tez-tez Mişanın evinə gedib, içki içirlər.

Ana verilişdə hüquq mühafizə orqanlarına oğlu Elxanı şübhəli şəxs kimi təqdim etdiyini açıqlayıb. Xoşqədəm də ananın bu sözlərini "Mən çəkiliş zamanı ən çox Elxandan şübhələndim" ifadələri ilə təsdiq etmiş olub.

Verilişdən tükürpədən kadrları təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin:
Yoxa çıxan Kamranı qardaşı öldürüb? - Anası yuxuda görüb

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.