Ölkə

Təhsil haqqını ödəyə bilməyən tələbələr üçün ŞANS

2 Fevral 2018 15:50
0 Şərh     Baxış: 3 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Maarifçi" Tələbə Kredit Fondu təhsil haqqını ödəyə bilməyən tələbələrin kredit alması üçün müraciətlərin qəbuluna başlayıb.

Milli.Az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, tələbələr martın 15-dək kredit almaq üçün müraciət edə bilərlər. Təqdim olunacaq faizsiz təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında (http://maarifci.az) qeyd olunub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu dəfə də dəyişməz qalıb.

Qeyd edək ki, "Maarifçi" Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək beşinci elan sessiyasını keçirir. Bu müddət ərzində fonda daxil olan 304 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn tələbələrlə ümumilikdə 175 təhsil krediti müqaviləsi imzalanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.