İxtiraçılar üçün müsabiqə elan edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Patent sisteminin yaranmasının 25 illiyi ərəfəsində Patent və Əmtəə Nişanları Mərkəzi ixtiraların, yeni texnologiyaların yaradılması və tətbiqinə alimlərin, ixtiraçıların, mühəndis-texniki işçilərin, fiziki şəxslərin və təsərrüfat subyektlərinin cəlb edilməsinə yardım göstərilməsi, ixtiraçılıq sahəsində təbliğatın genişləndirilməsi məqsədilə perspektivli patentlərin müəyyən edilməsi, istifadəyə təklif olunması üçün ixtiraçılıq sahəsində nailiyyətlərə görə V Respublika Müsabiqəsi elan edib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın 4.11-ci bəndinə uyğun olaraq Dövlət Komitəsinin tədbirlər planına daxil edilib.
Müsabiqə 2016-2017-ci illərdə dövlət qeydiyyatına alınan ixtira patentləri arasında "İlin Patenti" nominasiyası üzrə qalibi müəyyən etmək məqsədilə keçirilir. Müsabiqəyə 2016-2017-ci illərdə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə məxsus Patent və Əmtəə Nişanları Mərkəzində, həmçinin, Avrasiya Patent İdarəsində qeydiyyata alınan patentlər təqdim oluna bilər.
Müsabiqə komissiyası tərəfindən müsabiqənin nəticəsindən asılı olaraq birinci, ikinci və üçüncü yerləri tutan qaliblərə müvafiq diplom, xatirə hədiyyələri, pul və həvəsləndirici mükafatlar təqdim olunacaqdır.
Müsabiqədə iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Təqdim olunan sənədlərin siyahısını özündə əks etdirən ərizə-təqdimat. Ərizə patent sahibi və ya etibarnamə əsasında onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır;
2. Patentin əsli ilə birlikdə surəti;
3. Patentə məxsus ixtiranın bütün materialları (ixtiranın təsviri, düsturu, referatı, texnoloji sistemi, cizgiləri və s.);
4. İstifadəsi mümkün olan sahələr göstərilməklə əhəmiyyəti, ixtiranın səmərəsi haqqında əsaslandırılmış məlumatlar;
5. Patent sahibi tərəfindən verilən səlahiyyəti təsdiqləyən Etibarnamə (zərurət olduqda);
6. Patentlə bağlı patent sahibi tərəfindən zəruri sayılan digər sənədlər.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sənədləri 5 fevral 2018-ci il tarixindən 15 mart 2018-ci il tarixinə kimi həftənin I - V günləri Patent və Əmtəə Nişanları Mərkəzinə (AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi-53) təqdim edə bilərlər. Ətraflı məlumat üçün [email protected] elektron poçt ünvanı və ya telefonda (012) 594 62 07, (050) 707 89 13, və (050) 273 58 89 nömrələri ilə əlaqə saxlamaq olar.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Naxçıvana ilk qar yağdı - (Video)
XƏBƏR LENTİ
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq





