Bakıda telefon zəngi ailənin kabusuna çevrildi - Polis "tapa bilmir" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qəsəbənin "Gənclər Şəhərciyi" ərazisində maşınların hərəkət istiqamətində yolun kənarı ilə irəliləyən 32 yaşlı Şükürov Rəşad Zahir oğlu hələ də şəxsiyyəti müəyyən edilməyən sürücünün idarə etdiyi avtomobillə vurulub. Sürücü ağır vəziyyətdə olan yaralını qan içində yerdə qoyaraq avtomobili ilə hadisə yerindən qaçıb.
Həyat yoldaşının zənginə tibb bacısı cavab verdi
Rəşadın yaxınlarının bildirdiyinə görə, evə gələndə, saat 20:00-20:30 radələrində çörək almaq üçün ona zəng ediblər. Zənglərə cavab verməyən Rəşada ailə üzvləri bir qədər sonra yenidən zəng etməli olublar. Rəşadın telefonuna bir qadın cavab verərək tibb bacısı olduğunu, Rəşadın vəziyyətinin ağır olduğunu bildirib.

Ətrafdakı vətəndaşlar təcili tibbi yardıma olayla bağlı xəbər veriblər. Hadisə yerinə gələn təcili yardım əməkdaşları yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) çatdırıblar. Xəstəxananın travmatoloq-ortoped cərrahı doktor Abuzərov Ramilin Milli.Az-a verdiyi məlumata görə, travmatik şokla təcili yardım bölməsində qəbul edilən Rəşadın yaşamağı sual altında olub. Onun həyatda qalıb-qalmayacağı 3 saat ərzində məlum olacaqdı. Hal-hazırda sözügedən xəstəxanada palataya yerləşdirilən Rəşadın vəziyyəti kafi olaraq qiymətləndirilir.
Cinayətkar "qeybə çəkildi"

Rəşad Şükürovun vurulduğu istiqamətdə təhlükəsizlik kameraları olmasına rəğmən hadisədən artıq 5 gün keçsə də, şübhəli tapılmayıb. Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Ramil Mehdiyevlə əlaqə saxlayan Milli.Az əməkdaşı cinayət törədən avtomobil sahibi ilə bağlı hər hansı məlumat almaqda çətinlik çəkib. Müstəntiq olayın bağlı cinayət olduğunu vurğulayıb. Burada bir məqam diqqətdən qaçmayıb. Belə ki, Rəşad Şükürov hadisədən 5 gün keçməsinə baxmayaraq hələ də Məhkəmə Tibbi Ekspertizadan keçirilməyib. Məsələ ilə bağlı Milli.Az əməkdaşı Ramil Mehdiyevə sual ünvanlasa da, müstəntiq bunun səbəbini xəsarət alan şəxsin vəziyyətinin ağır olduğunu, onu Məhkəmə Tibbi Ekspertizaya aparmağın mümkünsüz olduğu ilə əlaqələndirib. Müxbirin "Məhkəmə Tibbi Ekspertizanın əməkdaşlarını xəstəxanaya ezam etmək olmazdı?" sualına Ramil Mehdiyev "Mən qanunvericiliklə iş görürəm" deyərək telefonu söndürüb.
Qeyd edək ki, ailə vəziyyəti ağır olan Şükürov Rəşadın sabah səhər saatlarında əməliyyat olunacağı gözlənilir.
Şükürov Rəşadla bağlı təyin edilən diaqnoz:
- Qapalı kəllə-beyin travması
- Baş-beyin silkələnməsi
- Sol körpücük sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı
- Sağ saidin hər iki sümüyünün qapalı-qəlpəli yerdəyişmə sınığı
- L2 (II bel fəqərəsi) tin çıxıntısının sınığı
- Sol sirkə kasasının sınığı
Təhməz Təkin
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
XƏBƏR LENTİ
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi
-
Yaponiyada güclü zəlzələ oldu
-
"Fənərbağça-Liverpul" matçında geyindiyi corabları 10 min dollara satdı
-
ADSEA daha iki kənddə içməli su layihəsi həyata keçirib - (Foto)
-
Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
-
Millimizin heyəti açıqlandı
-
Rəqsanə sənətdən gedir
-
Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
-
Mourinyodan Arda Gülərlə bağlı qərarını verdi
-
TƏBİB sədri onu işdən çıxardı - (Foto)
-
AFFA səkkiz komandaya texniki məğlubiyyət verdi





