Çoxdan gözlənilən oldu - Bakının ən problemli yağış kanalizasiya sistemi yenidən qurulur - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısının imzaladığı sərəncama əsasən "Azəravtoyol" ASC "Azərsu" ASC ilə birgə kompleks tədbirlər həyata keçirir.
"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu tədbirlər intensiv yağıntılar zamanı yağış və ərimiş qar sularının yığılması nəticəsində ciddi problemləri olan şəhər avtomobil yollarında aparılır. Bu cür yollardan biri Binəqədi şosesidir.
Binəqədi şosesi boyu səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.
Bundan başqa 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyətinin itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparılır.
Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın.
Bundan başqa su xətlərinin köhnəlməsi tez-tez yol boyu borularda sızmaların baş verməsinə gətirib çıxarırdı. Bu isə öz növbəsində yol örtüyünə ziyan vururdu. Bunun da qarşısını almaq məqsədi ilə yol boyu köhnə su xətləri ləğv edilərək 3 km uzunluğunda yeni xətlər çəkilib. Həmçinin yeni qaz xətləri də çəkilib, elektrik və rabitə xətləri yolun hərəkət hissəsindən kənarlaşdırılaraq yeniləri ilə əvəz olunub.
Aidiyyəti qurumlarla birgə aparılmış bu işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasını sığortalayacaq.
Yaxın günlərdə isə "Azəravtoyol" ASC tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq. Yolda tam müasir yol infrastrukturu yaradılacaq. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni "cib"li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





