"Əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanın əldə etdiyi uğur və qələbələr növbəti zəfərlərə doğru açılan tramplinlərdir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini şərh edərkən deyib.
O qeyd edib: "IV İslam Həmrəyliyi Oyunlarında maksimum nəticə göstərərək 1-ci yerə layiq olduqlarını sübuta yetirən hər bir idmançımızı xalqımıza bəxş etdikləri qələbə sevinclərinə görə ürəkdən təbrik etmək istərdim. İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmiz üçün tarixi hadisədir. Belə ki, bu, İslam dünyasının Azərbaycana olan böyük hörmətinin, inamının, verdiyi dəyərin aşkar göstəricisidir. Lakin burada əsas amillərdən biri də budur ki, ümumiyyətlə, son illərdə Azərbaycanda mötəbər idman və mədəniyyət tədbirlərinin uğurla keçirilməsi ölkəmizin bu istiqamətdə əsl peşəkar təşkilatçı olduğunu sübuta yetirmiş olub. Baxın, ölkəmiz bundan öncə bir neçə mühüm tədbirlərlə yanaşı, I Avropa Oyunlarına ev sahibliyi etdi və bununla Avropaya yeni model təqdim etməklə yanaşı, bu istiqamətdə təməlqoyucu rolunu oynadı".
B.Quliyev bildirib ki, bu il İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi müsəlman aləmi ilə yanaşı, bütün dünyada böyük maraqla izlənilib:
"Ona görə də qeyd etmək yerinə düşərdi ki, bu, sadəcə böyük idman hadisəsi deyil, eyni zamanda Azərbaycanın istər Avropa, istərsə də Asiyada, bütövlükdə isə dünyada sahib olduğu gücün, qüdrətin və birləşdiricilik rolunun bariz göstəricisidir. Azərbaycan dövləti bununla sübuta yetirdi ki, öz sülhpərvər missiyasını hər zaman yerinə yetirməyə hazırdır. Ölkəmizin istər Avropa olsun, istərsə də İslam aləmi - hər iki qütbü bir araya gətirməsi, idman, mədəniyyət və s. sahələrdə bu missiyasını təsdiq etməsi artıq bir ənənəyə çevrilib".
Ekspert hesab edir ki, İslamiadanın təşkilatçılığı baxımından çox böyük bir uğura imza atıldı. Azərbaycanda təşkilatçılığın elə bir mexanizmləri, standartları reallaşdırıldı ki, bu günə qədər heç bir mötəbər idman yarışlarında bu mexanizmlərdən istifadə edilməyib. Bu, bir yenilik və modernləşmədir
Onun fikrincə, lV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qələbəsi göstərdi ki, Azərbaycanda həyata keçirilən düşünülmüş siyasət bütün sahələrdə, o cümlədən idmanda da öz bəhrəsini verir:
"Yəni qeyd etməliyik ki, hər bir idmançı məhz müstəqil Azərbaycanda böyümüş, yetişmiş bir gəncdir və bu sahədə atılmış addımlar bugünkü yüksək nəticələrin əsasında dayanan başlıca amildir. Həmçinin lV İslam Həmrəyliyi Oyunları ölkəmizdə xalq-dövlət vəhdətinin bariz göstəricisi kimi bir daha özünü sübuta yetirmiş oldu. Minlərlə könüllü, idmançılarımızın qələbəsinə sevinən yüz minlərlə azərbaycanlı, Azərbaycan cəmiyyəti bir daha birlik, həmrəylik, vətənpərvərlik göstərdi, tamaşaçılar böyük coşqu ilə idmançıların qələbələrinizi alqışladılar".
B.Quliyev vurğulayıb ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi lV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün təşkilati məsələləri ən xırda detallarına kimi nümunəvi şəkildə həll etdi:
"Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin hazırladığı bütün beynəlxalq tədbirlər - 2012-ci ildə "Eurovision" mahnı yarışması, 2015-ci ildə Avropa Oyunları, həmçinin lV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görüldü. Bu baxımdan, bir daha qeyd etmək istərdim ki, Təşkilat Komitəsi öz vəzifəsini çox böyük peşəkarlıqla, şərəflə icra etdi. Söz yox ki, bu uğurlar bizi daha böyük qələbə və zəfərlərə doğru aparacaq. Çünki daha öncə əldə edilən uğur və qələbələrimiz növbəti zəfərlərə doğru açılan tramplinlərdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
XƏBƏR LENTİ
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib





