"Azərbaycan İslam dünyasına çağırış edərək missiyasını və dəyərlərini bölüşdü"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu. Bu Oyunlar həm təşkilati, həm də idmançılarımızın uğurları baxımından tarixi hadisəyə çevrildi".

Bunu Milli.Az-a açıqlmasında Milli Məclisin deputatı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə bildirib.

Onun fikrincə, bu İslamiadanın ölkəmizdə keçirilməsi ilə bir məsələ bir daha öz təsdiqini tapdı ki, Azərbaycan ən mötəbər beynəlxalq idman yarışlarını təşkil etməyə qadirdir və bunu çox yüksək səviyyədə həyata keçirə bilir.

Bununla yanaşı, A.Mollazadə hesab edir ki, Azərbaycan bu Oyunları keçirməklə İslam dünyasına bir həmrəylik çağırışı elədi, öz dəyərlərini açıqladı: "Bilirsiniz ki, ölkəmizdə bu yöndə tarixi bir ənənəvə və missiya var. İslam dünyasının ilk dünyəvi dövləti və mədəniyyətlərarası əməkdaşlıq məkanı olan Azərbaycan müsəlman ölkələri ilə öz dəyərlərini, mədəniyyətini, missiyasını bölüşdü. Zənnimcə, Azərbaycanın bu tarixi missiyası və ənənələrinin böyük bir region üçün, ümumilikdə isə dünya üçün böyük əhəmiyyəti var. Mənə belə gəlir ki, ölkəmizi bu baxımdan tanıtmaq üçün bu Oyunlar çox gözəl imkan oldu".

Qeyd edək ki, Bakıda mayın 12-dək 22-dək keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında rekord sayda - 54 ölkədən 3 minədək idmançı, eləcə də min nəfərdən çox texniki heyət iştirak edib. Oyunlarda 21 idman növü üzrə 269 dəst medal uğrunda keçirilən yarışlarda Azərbaycan atletləri 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla ümumilikdə 162 medal qazanaraq ümumi hesabda birinci yeri tutublar.
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)





