İslamiadanın qalibləri olan paytaxt məktəbliləri - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə keçirilən "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək qalib olublar.
Milli.Az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, paytaxtdakı 138 nömrəli məktəbin XI sinif şagirdi Roman Heydərov karate idman növü üzrə I yeri tutaraq qızıl medalın sahibi olub. Bakı şəhəri 277 nömrəli məktəbin XI sinif şagirdi Jalə Piriyeva bədii gimnastika üzrə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Həmin məktəbin X sinif şagirdi Zöhrə Ağamirova bədii gimnastika üzrə qızıl medala layiq görülüb.
Qeyd edək ki, Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına paytaxt məktəbliləri fəal şəkildə dəstək verib və müxtəlif formalarda yaxından iştirak ediblər. Belə ki, Bakı məktəbliləri yarışlara həm də könüllü kimi qatılıb və oyunların təşkilində fəallıq göstəriblər.
Həmçinin, "Məktəblinin dostu" layihəsi çərçivəsində bir çox tədris ocaqlarının şagirdlərinin IV İslam Həmrəyliyi Oyunlarını izləməsi təşkil edilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq və oyunları ölkə ərazisində tanıtmaq məqsədilə kütləvi idman tədbirləri və şagirdlərlə görüşlər keçirilib.
Bundan başqa, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərin iştirakıyla yürüş, fləşmob və konsert keçirilib.
Eləcə də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "İslam Həmrəyliyi ili"nə həsr olunmuş səyyar mühazirələr təşkil olunub.
Qeyd edək ki, mayın 8-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Azərbaycan milli komandası medalların sayına görə, İslamiadanın qalibi olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi
-
Şəmkirdə qadın abort zamanı öldü
-
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - (Foto)
-
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - (Foto)





