Şəhid adları necə əbədiləşdirilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır.
Təəssüf ki, şəhid adının əbədiləşdirilməsi məqsədilə qoyulan bəzi abidələrin, tikilən bir sıra bulaqların ətrafında baxımsızlıq ucbatından xoşagəlməz mənzərə yaranıb. Bu mənzərə ilə rastlaşanda çoxumuz, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirirlər.
Bəzi qurumlar isə aşağıda göstərilən tələbləri əllərində bayraq tutaraq bildirirlər ki, küçələrdə və məhəllələrdə qoyulan şəhid abidələrinə nəzarət mexanizmi mövcud deyil. Onlara həssas münasibət əhali və şəhidin yaxınları tərəfindən olmalıdır.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları" Nazirlər Kabinetinin 10 saylı qərarı ilə 1994-cü ilin yanvarın 15-də təsdiq edilib.
Qərara əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər:
- iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar:
- Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhidlərin adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.
Bəs bununla bağlı qanunvericilikdə hər hansı bir dəyişikliyə ehtiyac varmı?
Şəhidin adının əbədiləşdirilməsi üçün daha nə etmək lazımdır?
Məsələ ilə bağlı Mili Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə sayta açıqlama verib.
Deputat hesab edir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları haqqında" qanuna dəyişikliyin edilməsinə ehtiyac yoxdur.
"Şəhidlərin adları yaşadıqları ərazilər üzrə əbədiləşdirilir. Milli Qəhrəman və digər şəhidlərimiz adlarının əbədiləşdirilməsi ilə bağlı bu gün qüvvədə olan qanunvericilk normalarını normal hesab edirəm. Nəzərə almaq lazımdır ki, biz hazırda müharibə şəraitindəyik. Bizim hələ nə qədər qəhrəmanlarımızın və şəhidlərimizin olması sual altındadır. Ona görə də qanunvericilikdə tənzimləmə hələ ki normaldır".
Çingiz Qənizadə deyib ki, çox təəssüflər olsun ki, bəzi yerlərdə baxımsızlıq ucbatından xarabalığı xatırladan şəhid abidələri və bulaqlar var.
"Mən onu yerli qurumların vicdanına buraxıram. Biz o şəhidlərin xatirəsinə görə həmin obyektlərə xüsusi diqqət yetirməliyik. Əgər xoşagəlməzlik varsa, belə hallar yerli qurumların öz məsuliyyətsizliyindən irəli gəlir.
Bu məsələdə şəhid ailələrinin özləri tərəfindən də xüsusi diqqət və qayğı olmalıdır. Amma hər halda, yerləşdiyi ərazidən asılı olmayaraq müəyyən dövlət strukturlarının bu məsələyə diqqəti olduqca vacibdir. Bu diqqət bizim şəhidlərimizə və qəhrəmanlarımıza hörmətin bir əlaməti olar".
Deputat qeyd edib ki, istənilən şəhidin adı əbədiləşdirilə bilər.
"Bunun üçün müəyyən olunmuş qaydadan kənar müvafiq icra hakimiyyəti orqanları həmin ərazidə küçənin, məktəbin, bağçanın adının şəhidə verilməsi ilə bağlı yerli qurumlar səviyyəsində Nazirlər Kabinetinə məktub göndərməlidir. Nazirlər Kabinetindən müsbət cavab alındıqdan sonra isə həmən yerlərin biri şəhidin adına əbədiləşdirilə bilər. Biz bu praktikanı artıq yerlərdə tətbiq etmişik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi





