Bakıda yolların "Venesiyaya" çevrilməməsi üçün təkliflər hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azəravtoyol" ASC-dən Milli.Az-a bildiriblər ki, Bakı şəhərində 2016-cı ilin sentyabr və oktyabr aylarında aramsız yağan yağışlar, həmin dövr üçün müşahidə edilmiş yağıntı normasından müvafiq olaraq 9,2 və 3,7 dəfə çox olmuş və nəticədə Bakı şəhərininin avtomobil yolları, küçə və prospektlərinin bir çox yerlərində yağış sularının yığılması müşahidə olunub, nəqliyyatın təhlükəsiz hərəkətində böyük çətinliklər, bəzi yerlərdə isə davamlı tıxaclar yaranıb.
"Azəravtoyol" ASC tərəfindən avtomobil yollarının saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən edilən qənaət hesabına öz gücümüzlə yağış sularının axıdılması məqsədilə ümumilikdə 2015-2016-cı illər ərazində müxtəlif diametrli uzunluğu 7563 m olan yağış-kanalizasiya xətləri çəkilib və təmir olunub və bu işlər bu gün də davam etdirilir.
Ancaq məsələnin əhəmiyyətini nəzərə alaraq prezident İlham Əliyev tərəfindən 2016-cı il noyabr ayının 11-də Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalanıb. İşçi qrupu Bakı şəhərində yağış, ərimiş qar sularının yığılması təhlükəsi olan şəhər avtomobil yollarını müəyyənləşdirməklə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli idi. Artıq bu tapşırığın icrası başa çatmaq üzrədir.
Cari ilin dekabr ayının 30-da isə dövlət başçısı tərəfindən Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında fərman da imzalayıb. Bu Fərmana əsasən, Bakıda bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.
Yusif Nəsirli
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)





