Abdulla Qurbani Silahlı Qüvvələrdən tərxis olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb.
Milli.Az xəbər verir ki, bu barədə azeridefence-ə açıqlamasında polkovnik A. Qurbani özü məlumat verib.
Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.
"Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi", - deyə Qurbani bildirib.
A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək. Hazırda o, 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş əsərlər üzərində işləyir. Bundan başqa, o, ölkədə vətənpərvərlik işinin qurulması, təbliği və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
Polkovnik A. Qurbani namizədliyinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrliyinə irəli sürülməsi barədə yayılan bəzi məlumatlara da münasibət bildirərək, belə bir məsələnin olmadığını deyib:
"Mən 20 ildən çoxdur Veteranlar Təşkilatının prezidium üzvüyəm. Onlara tədbirlərin təşkilində kömək etmişəm və bundan sonra da əsirgəməyəcəm. O təşkilata rəhbərlik mənlik deyil. Mən vəzifə həvəsində olmamışam. Olsaydım, işimi atıb əsgər kimi Murovdağa səngərə getməzdim".
"Mən orduda bir il, il yarım xidmət edən hər bir əsgəri "Vətənə xidmətə görə, "sağ ol!" devizi altında təntənə ilə yola salaraq belə bir ənənənin əsasını qoydum. İstərdim ki, orduda 5 il, 10 il, 20-30 il xidmət edənlərin də hamısı belə təntənə ilə yola salınsınlar", - deyə A.Qurbani bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
Son sutkada 4 dələduz tutuldu, 34 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
XƏBƏR LENTİ
-
Ukrayna “Flaminqo” raketlərindən istifadə edib?
-
Bakı-Sumqayıt yolunda yük maşınının qapısı sınıb yola düşdü - VİDEO
-
İran XİN ABŞ-ı 18 iyun memorandumunu pozmaqda ittiham etdi
-
Rusiya vətəndaşlığı üçün rüsum 12 dəfə artırıldı
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - (Foto)
-
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - (Foto)
-
Qızıl və gümüşün qiymətində artım qeydə alındı
-
DÇ-2026-da qrup mərhələsinə yekun vurulur
-
Sabunçuda evin həyətindən 28 yaşlı kişi meyiti tapılıb
-
İran ABŞ bazalarına zərbələr endirdi
-
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
-
Dörd günlük güclü maqnit qasırğası olacaq
-
Son sutkada 4 dələduz tutuldu, 34 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
-
Pakistanda güclü zəlzələ oldu
-
Yağışlı hava ilə bağlı DYP-dən vacib müraciət
-
DÇ-2026: Günün oyunları və nəticələri
-
FHN hava şəraitinin kəskin dəyişməsi ilə bağlı xəbərdarlıq etdi
-
Venesuelada növbəti zəlzələ qeydə alındı
-
Dünya bazarında neftin qiyməti yenidən enib
-
Bu gün UFC Fight Night Baku keçiriləcək
-
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq
-
“Nissan” 600 mindən çox avtomobili geri çağırır
-
Kabo-Verde tarix yazdı, Səudiyyə Ərəbistanı mundialla vidalaşdı





