Ölkə

Tolik anasından niyə inciyibmiş?

18 Oktyabr 2016 15:14
15 Şərh     Baxış: 4 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prodüser Tolik anasının doğum günündə kövrəlib.

Milli.Az publika.az-a istinadən bildirir ki, prodüser anasının fotosunu paylaşıb və onu belə təbrik edib:
"Bu gün anamın ad günüdür. Övladlar valideynlərinə nə arzulayırsa, mən də anama uzun ömür, cansağlığı arzulayıram. Onların nəfəsi gəlirsə, xoşbəxtlikdir. Sizə yalan deməyim, hərdən anamdan inciyirəm. Çünki Bakıya gələndə xoşlamadığım insanlarla danışmağını istəmirəm. Bəzi qohumlarımızla. Amma anam mənim həyatımdır. Almaniyada yaşayandan onun ürəyi iki hissəyə bölünüb. Biri yanındadır, bacım, biri də mən. Mən də onlar üçün yaşayıram. Uşaqlıqda nə istəmişəm, anam mənə edib. İlk mobil telefon çıxanda anam mənə kreditlə aldı. Onu da itlə dəyişdirdim. Ana səni çox istəyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.