Ölkə

"Elman Mehdiyev öz xahişi ilə işdən çıxıb" - Nazirlik

13 İyul 2016 17:05
1 Şərh     Baxış: 2 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elman Mehdiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifəsindən öz xahişi və ərizəsi əsasında azad olunub.

Milli.Az bildirir ki, bu barədə azvision.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. 

Nazirlik rəsmisi qeyd edib ki, bu səbəbdən DSMF-ya yeni direktor təyin olunub: "Hazırda Fondda struktur dəyişiklikləri davam edir. Qısa müddətdə bütün proses başa çatacaq".

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmri ilə Zakir Hadı oğlu Babayev Dövlət Sosial Müdafiə Fondunun yeni direktoru təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.