Ölkə

Azərbaycanda elmi tədqiqatçılara yeni status verilir

27 Yanvar 2016 13:51
Baxış: 1 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda elmi tədqiqatçılara ekspert statusu veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisisin Elm və təhsil komitəsinin "Elm haqqında" qanun layihəsinin müzakirəsi məqsədilə bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bununla da tədqiqat universitetinin elmi işçiləri Dövlət proqramlarının hazırlanmasına, layihələrin elmi araşdırılmasına cəlb ediləcəklər.

Komitə sədrinin sözlərinə görə, bu, elmi işçilərin elmi fəaliyyətlə məşğul olmasını stimullaşdıracaq. Çünki elmi işçilər dövlət proqramlarına cəlb olunmaqla əlavə gəlir əldə edəcəklər. Dövlət isə müxtəlif proqramların hazırlanmasında digər mütəxəssislərlə yanaşı elmi işçilərin fikirlərindən də faydalana biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.