Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yaşayış binalarının dəhlizlərindəki qonşunu izləyən kamera qanunsuz sayıla bilər.
Milli.Az xəbər verir ki, bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.
Belə ki, məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmadığı ilə bağlı olub.
Ali Məhkəmə qeyd edib ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüquq həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.
Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi, eləcə də təsvirinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də bu məlumatların sistemli şəkildə toplanmasına imkan verən müşahidə şəxsi həyata müdaxilə hesab oluna bilər.
Ali Məhkəmənin hüquqi mövqeyinə görə, çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər.
Əgər belə razılıq yoxdursa, təhlükəsizlik məqsədilə quraşdırılan kameranın görüntü bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını, digər qonşuların mənzillərinin girişini, onların mənzilə giriş-çıxışını və ya təsvirini davamlı şəkildə qeydə almamalıdır. Kameranın görüntü dairəsi zəruri həddi aşaraq qonşuların mənzillərini və onların hərəkətlərini əhatə edərsə, bu artıq Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.
Konkret iş üzrə Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş, zəruri və proporsional tədbir hesab edib.
Həmçinin məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.
Bu hüquqi mövqeyə əsaslanaraq Ali Məhkəmə qonşunun şəxsi həyat hüququnun pozulduğunu qəbul etməklə yanaşı, onun xeyrinə mənəvi zərər əvəzinin tutulmasını da qanuni hesab edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlər əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
-
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
-
Prezident İlham Əliyev: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
-
Prezident İlham Əliyev: 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə atdığı olduqca ədalətsiz addım idi
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Dieqo Forlanın yeni iş yeri bəlli oldu
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı
-
Prezident İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
-
“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar – Görüntülər narahatlıq doğurdu - (Video)
-
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
-
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb
-
"Benfika"nın keçmiş futbolçusu öldü
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir - (Foto/Canlı yayım)
-
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq





