“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib” - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təkcə xalqımızın tarixində deyil, bütövlükdə Şərq və müsəlman dünyasının siyasi taleyində yeni mərhələnin başlanğıcı oldu."
Bu sözləri 28 May-Müstəqillik Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məslisin deputatı Kamaləddin Qafarov deyib.
O, vurğulayıb ki, 1918-ci il mayın 28-də elan edilən İstiqlal aktı ilə Azərbaycan xalqı sübut etdi ki, o, müasir dövlətçilik ənənələrinə, demokratik idarəçilik düşüncəsinə və milli azadlıq iradəsinə malikdir. "Şərqdə ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasının məhz Azərbaycan torpağında qurulması xalqımızın yüksək siyasi təfəkkürünün və milli özünüdərkinin təzahürü idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, bu qısa zaman kəsiyində həyata keçirdiyi islahatlar və qəbul etdiyi qərarlar dövlətçilik tariximizdə silinməz iz qoydu. İlk parlamentin və hökumətin formalaşdırılması, dövlət atributlarının təsis edilməsi, milli maraqların beynəlxalq müstəvidə müdafiəsi istiqamətində atılan addımlar Azərbaycanı regionun ən mütərəqqi siyasi mərkəzlərindən birinə çevirdi. Parlamentdə müxtəlif siyasi qüvvələrin və xalqların təmsil olunması həmin dövr üçün son dərəcə müasir və demokratik yanaşma idi."
Millət vəkili qeyd edib ki, Xalq Cümhuriyyətinin xarici siyasət sahəsində fəaliyyəti xüsusi əhəmiyyət daşıyırdı: "Yeni yaradılmış dövlətin beynəlxalq aləmdə tanınması üçün aparılan diplomatik fəaliyyət Azərbaycanın gələcək dövlətçilik taleyi baxımından mühüm rol oynadı. Paris Sülh Konfransında nümayəndə heyətimizin fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq hüququn subyekti kimi qəbul olundu. Məhz bu hüquqi və siyasi əsaslar sonrakı dövrlərdə Azərbaycanın dünya siyasi xəritəsindən tamamilə silinməsinin qarşısını aldı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın milli oyanışı ilə əlaqələndirərək deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır". Bu fikir tarixi həqiqəti tam əks etdirir. Həqiqətən də, XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşan milli ziyalı təbəqəsi xalqın azadlıq ideyalarını gücləndirmiş, milli dövlətçilik düşüncəsinin əsaslarını yaratmışdı. Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsindən sonra isə Xalq Cümhuriyyətinin siyasi və mənəvi irsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin olundu, Azərbaycanın geosiyasi imkanlarının reallaşdırılması prosesi başlandı. Məhz həmin dövrdən etibarən Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirərək regionun aparıcı dövlətinə çevrilməyə başladı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkədə demokratik institutların inkişafı, hüquqi dövlət quruculuğu, sosial rifahın gücləndirilməsi və iqtisadi modernləşmə istiqamətində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, ölkəmiz qlobal təşəbbüslərin iştirakçısı və müəllifi kimi tanınır. Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi idi. Həmin qərar Cümhuriyyət irsinin daha dərindən öyrənilməsinə, gənc nəslin milli dövlətçilik ənənələri ruhunda yetişməsinə mühüm töhfə verdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalının təsis edilməsi və tarixi üçrəngli bayrağın Vətənə qaytarılması milli yaddaşın möhkəmləndirilməsi baxımından böyük rəmzi məna daşıyırdı. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin idealları müasir Azərbaycanın siyasi inkişaf strategiyasında yaşayır. Demokratik, hüquqi və dünyəvi dövlət modeli Azərbaycanın uğurlu gələcəyinin əsasını təşkil edir. Dövlətçilik tariximizin bu şanlı səhifəsi xalqımızın milli qürur mənbəyi olmaqla yanaşı, həm də gələcək nəsillərə örnək olaraq qalır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Gözlərimi Türkan Şoraya bənzədirlər” - VİDEO
-
Xoşqədəmin verilişi burada YAYIMLANIR
-
“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib” - Kamaləddin Qafarov
-
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
-
“Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi ANLAYIRLAR”
-
Faciəvi şəkildə ölən tələbə imiş - FOTO
XƏBƏR LENTİ
-
"Gözlərimi Türkan Şoraya bənzədirlər” - VİDEO
-
Prezident Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO
-
"Sumqayıt" 2 əcnəbisini GÖNDƏRDİ
-
"Müharibə başlasa, Lukaşenkonun bağ evi VURULACAQ"
-
“Şəfa” Elgizi göndərdi
-
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib - FOTO
-
Xoşqədəmin verilişi burada YAYIMLANIR
-
ABŞ-də dəhşətli partlayış: Çox sayda ölən var
-
“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib” - Kamaləddin Qafarov
-
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
-
Təyyarələrdə də internet olacaq
-
Prezident Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO
-
“Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi ANLAYIRLAR”
-
Fransa səfirliyi Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib - FOTO
-
Kişilər bu BÜRCLƏRİN qadınlarına "yox" deyə BİLMİRLƏR
-
Faciəvi şəkildə ölən tələbə imiş - FOTO
-
Anna Paşinyanla bağlı qərarını verdi
-
Bu türk serialları yeni mövsümdə də DAVAM EDƏCƏK?
-
Limada musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO
-
“Liverpul” Salahın əvəzləyicisini TAPDI
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
-
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb
-
Bunu heç vaxt Azərbaycanla müzakirə etməmişik - Paşinyan





