Anna Paşinyanla bağlı qərarını verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanın fəaliyyətdə olan baş naziri (seçki təşviqatı ilə əlaqədar məzuniyyətdə olan) Nikol Paşinyanın eks-həyat yoldaşı Anna Akopyan, səs-küylü ayrılıqdan sonra yenidən onun yanına qayıdıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, Anna Akopyan seçki kampaniyasının son günündə Nikol Paşinyana qoşulacaq.
"Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan, hansı ki, əvvəllər seçki kampaniyası çərçivəsində keçirilən ictimai görüşlərdə baş naziri müşayiət etmirdi, yaxın ətrafına bildirib ki, seçki kampaniyasının son günündə bütün ailə səhnəyə çıxacaq", - deyə nəşrdə qeyd olunur.
Qəzetin məlumatına görə, həmin gün Akopyan uşaqları ilə birlikdə Paşinyanın yanında dayanaraq seçki kampaniyasının yekun mərhələsində ailə dəstəyini nümayiş etdirəcək.
Xatırladaq ki, bu ilin 27 fevralında Akopyan Paşinyandan ayrıldığını elan etmişdi. O, hökumət iqamətgahını tərk edərək kirayə mənzilə köçdüyünü bildirmişdi. Eyni zamanda "Mənim addımım" fondunun icraçı direktoru vəzifəsində qalacağını açıqlamışdı.
Öz növbəsində Paşinyan Anna Akopyanın qərarına hörmətlə yanaşdığını demişdi. O vurğulamışdı ki, Akopyan uzun illər ən çətin dövrlərdə onun yanında olub və bəlkə də ona üzüntü yaşatdığı üçün təəssüfləndiyini ifadə etmişdi.
Bu ilin 19 apreldə Paşinyan hökumət iqamətgahından video paylaşmış və arxa planda Akopyan görünmüşdü. Daha sonra onlar birlikdə Gümrü şəhərində keçirilən avtoyürüşdə iştirak ediblər.
Baş nazir bildirib ki, keçmiş həyat yoldaşı fevralın sonunda ictimai şəkildə boşanma barədə açıqlama verəndə o, bu qərara hörmət etdiyini demişdi. Amma onun sözlərinə görə, bu qərara hörmət etmək onunla barışmaq demək deyil. Daha sonra Paşinyan ailəsini qorumaq üçün səy göstərdiyini bəyan edib.
Nikol Paşinyanla Anna Akopyan tələbə yoldaşıdırlar. Onlar ilk dəfə 1991-ci ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika ixtisasında təhsil alarkən qarşılaşıblar.
Anna Akopyanın Nikol Paşinyandan 3 yaş kiçikdir, o, 1978-ci il, Baş nazir isə 1975-ci il təvəllüdlüdür.
Nikolla Anna həm də iş yoldaşı olublar. 1999-cu ildə Nikol Paşinyan gündəlik "Haykakan Jamanak" ("Ermənistan vaxtı") qəzetini yaradıb, 2012-ci ilə qədər ona rəhbərlik edib. 2013-cü ildə baş redaktor vəzifəsini onun həyat yoldaşı Anna Akopyan tutub.
2018-ci ildə Anna Akopyan "Mənim addımım" və "Təbəssümlər şəhəri" xeyriyyə fondlarını təsis edib.
Anna ilə Nikolun izdivacından 4 uşaq dünyaya gəlib: oğlanları Aşot, qızları Mariam, Şuşanna və Arpine. /Modern.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistanda yol qəzası - beş nəfər ölüb, 7 nəfər yaralanıb
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
-
“Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
-
Köçəryan məhkəməyə təqdim olunacaq
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
Paşinyan Moskvadakı səfiri geri çağırır
XƏBƏR LENTİ
-
Polis yolda təhlükə ilə üzləşə biləcək uşağa kömək etdi - (Video)
-
Günəşdə güclü partlayış oldu
-
Bəzi məktəblərdə tədris onlayn olacaq - Rəsmi
-
Baldızının toyuna getməyən Fahriyedən diqqət çəkən paylaşım - (Fotolar)
-
Türkiyədə anbarda güclü yanğın - (Video)
-
Uşağını özəl bağçaya göndərən valideynlərə şad xəbər - Rəsmi
-
Bu qurumda çalışanların dövlət qulluqçusu statusu ləğv edilir
-
"Trabzonspor" tarixinin ən bahalı transferini rəsmiləşdirdi
-
İran vətəndaşından narkotik alan şəxslər tutuldu
-
Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutub - Paşinyan
-
Çempion güləşçi ilə voleybolçu xanımının boy fərqi gündəm oldu - (Foto)
-
Batan gəmidən sağ çıxan dəhşətli anları danışdı: “Xilasedici jileti tapmadıq, qapını üzümüzə bağladılar” - (Video)
-
Lamiyyə Ələkbərova: "Universitetdə bloqerlə görüş edirlər, onlar tələbəyə nə öyrədəcək?”
-
Obameyanq həmin cəzaya görə millidəki karyerasını bitirdi
-
Gömrükdə yeni qayda: Bu malları gətirənlərə aid olacaq
-
3 uşağı olan ailələrə sevindirici xəbər
-
Almaniyada şirkətə hücum: İki bolqarıstanlı saxlanıldı
-
Əhməd Davudoğlu barəsində istintaq başladıldı
-
Qızı Lalə Azərtaşı belə sevindirdi
-
Hava dəyişir: Bu ərazilərdə yağış və duman olacaq - Proqnoz
-
Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur
-
İlon Maskın sərvəti bir ayda 202 milyard dollar artdı
-
Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü
-
Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək





