Prezident Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Milli.Az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.
Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
x x x
Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib - FOTO
-
Prezident Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO
-
Fransa səfirliyi Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib - FOTO
-
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb
-
Bunu heç vaxt Azərbaycanla müzakirə etməmişik - Paşinyan
XƏBƏR LENTİ
-
"Müharibə başlasa, Lukaşenkonun bağ evi VURULACAQ"
-
“Şəfa” Elgizi göndərdi
-
İordaniyanın Kralı Prezident İlham Əliyevi təbrik edib
-
İlham Əliyev Xankəndidə Mədəniyyət Mərkəzinin açılışında iştirak edib - FOTO
-
Xoşqədəmin verilişi burada YAYIMLANIR
-
ABŞ-də dəhşətli partlayış: Çox sayda ölən var
-
“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib” - Kamaləddin Qafarov
-
Bayram günü qoyun ətini belə yesəniz xəstəxanalıq olacaqsınız
-
Təyyarələrdə də internet olacaq
-
Prezident Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb - FOTO
-
“Oxucularımı əhliləşdirmişəm, indi şeirlərimi ANLAYIRLAR”
-
Fransa səfirliyi Azərbaycanı Müstəqlillik Günü münasibətilə təbrik edib - FOTO
-
Kişilər bu BÜRCLƏRİN qadınlarına "yox" deyə BİLMİRLƏR
-
Faciəvi şəkildə ölən tələbə imiş - FOTO
-
Anna Paşinyanla bağlı qərarını verdi
-
Bu türk serialları yeni mövsümdə də DAVAM EDƏCƏK?
-
Limada musiqili fəvvarələr Azərbaycan Bayrağının rənglərinə büründü - FOTO
-
“Liverpul” Salahın əvəzləyicisini TAPDI
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
-
Prezident İlham Əliyev Efiopiyanın Baş nazirinə məktub ünvanlayıb
-
Bunu heç vaxt Azərbaycanla müzakirə etməmişik - Paşinyan
-
"Milli Şura"nın buraxılma səbəbləri
-
Vəfa Şərifovanın canlı ifası MÜZAKİRƏ DOĞURDU - VİDEO
-
Azər Mursaqulov onu İŞDƏN ÇIXARDI





