İDDO Psixi Sağlamlıq Proqramı Beynəlxalq Autizm Maarifləndirmə və İnkişaf formuna hazırlaşır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İDDO Psixi Sağlamlıq Proqramının təşkilatçılığı ilə 18 aprel 2026-cı il tarixində Bakı şəhərində yerləşən Nizami Kino Mərkəzində "II Autizm Maarifləndirmə Forumu" keçiriləcək.
"Autizmdə Bütöv Yanaşma" mövzusuna həsr olunacaq forum maarifləndirici məzmunu və yüksək sosial əhəmiyyəti ilə seçiləcəkdir.
Forumun əsas məqsədi valideynlərin maarifləndirilməsi, mütəxəssislərin daha məsuliyyətli fəaliyyətə təşviq olunması və autizmli uşaqların cəmiyyətə inteqrasiyasının vacibliyinin vurğulanmasıdır.
Tədbir çərçivəsində bu sahənin strukturlaşdırılması, mövcud problemlər və həll yolları da müzakirə olunacaq.
İDDO Psixi Sağlamlıq Proqramının rəhbəri Jalə Əhmədova forum zamanı çıxış edərək psixologiya mərkəzləri və psixoloji xidmətlərin fəaliyyətinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verəcək. O, bu məqsədlə standartlaşdırma komitəsinin yaradıldığını diqqətə çatdıracaq və 2026-cı il ərzində multidissiplinar komanda (art-terapevt, əmək terapevti, sensor inteqrasiya mütəxəssisi, idman mütəxəssisi, psixopedaqoq, loqoped və psixoloq) çərçivəsində etik kodeksin, diaqnostika və reabilitasiya standartlarının hazırlanmasının planlaşdırıldığını bildirəcək.
Bu standartların tətbiqinin erkən diaqnostikanın keyfiyyətinin artırılmasına və qeyri-peşəkar fəaliyyətlərin qarşısının alınmasına xidmət edəcəyi vurğulanacaq.
Forumda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları İlham Məmmədov, Elçin Mirzəbəyli, Məlahət İbrahimqızı, Aydın Hüseynov, Elman Nəsirov, Könül Nurullayeva, Mehriban Vəliyeva, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı gözlənilir.
Çıxış edənlər tərəfindən autizm spektr pozuntularının müasir dövrdə geniş yayılmış və xüsusi diqqət tələb edən məsələlərdən biri olduğu, bu kimi forumların keçirilməsinin valideynlərin düzgün istiqamətləndirilməsi və cəmiyyətdə məlumatlılığın artırılması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunacaq.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında autizm spektr pozuntusunun erkən diaqnostikasının 6-9 aylıq dövrdən başlanmasının vacibliyini vurğulayacaq. O, diaqnozların gec qoyulmasının geniş yayıldığını və 3 yaşda qoyulan diaqnozların artıq gec hesab edilə biləcəyini diqqətə çatdıracaq, eyni zamanda reabilitasiya prosesində multidissiplinar yanaşmanın zəruriliyini qeyd edəcək.
Forum çərçivəsində Türkiyə Respublikasından dəvət olunmuş mütəxəssislərin də çıxışları nəzərdə tutulur.
Dr. Anıl Gürkan "QEEG ilə beyin xəritələmə: Autizmdə beyinə necə baxırıq?" mövzusunda təqdimatla çıxış edəcək. Təqdimatda QEEG-in mahiyyəti, autizmli uşaqlarda müşahidə olunan beyin şəbəkə modelləri, dil, diqqət və sosial qarşılıqlı əlaqə şəbəkələrinin qiymətləndirilməsi, eləcə də bu metodun imkan və məhdudiyyətləri barədə məlumat veriləcək.
Dr. Murat Balanlı və dietoloq Ramilə İmanova autizmdə tez-tez rast gəlinən həzm sistemi problemləri, mikrobiota ilə davranış arasındakı əlaqə, sistemik iltihabın təsiri, həmçinin yeni nəsil bioloji yanaşmalar və bu sahədə aparılan müasir tədqiqatlar barədə təqdimatla çıxış edəcəklər.
Psixoloq Yeliz Ceylan isə autizmdə davranış, emosiyaların tənzimlənməsi və ailə yanaşması mövzusunda çıxış edərək davranış çətinlikləri, sensor həssaslıq, "meltdown" və "tantrum" arasındakı fərqlər, eləcə də ailələrin yol verdiyi tipik səhvlər və evdə tətbiq oluna biləcək dəstək üsulları haqqında məlumat verəcək.
Forum zamanı iştirakçıların sualları cavablandırılacaq, valideynlər üçün maarifləndirici müzakirələr aparılacaq.
Qeyd edək ki, bu cür təşəbbüslər inklüziv cəmiyyətin formalaşmasına, xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasına və onların gələcək inkişaf imkanlarının genişləndirilməsinə mühüm töhfə verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
Naxçıvanda maşın aşdı
-
İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb - FOTO
XƏBƏR LENTİ
-
2 günə 50 minə yaxın izləyici itirdilər
-
Yol polisi Zaqatalada “Təmiz hava” aylığı ilə əlaqədar profilaktik tədbir keçirdi - VİDEO
-
Azərbaycanda kişilər də məişət zorakılığı ilə bağlı müraciət edir - RƏSMİ
-
Naxçıvanda maşın aşdı
-
İran BƏƏ-yə raket və PUA hücumu etdi - Yaralananlar var
-
“Sevinən tərəf olmaq istəyirik”
-
Bu "Samsung" modellərinin dövrü başa çatdı - Dəstəyi dayandırır
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb - FOTO
-
Sürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi
-
Mayın 12-də Milli Məclisdə vacib qərarlar VERİLƏCƏK
-
Rusiya yeni əraziyə daxil OLDU
-
Lombardlardan istifadə edənlərə XƏBƏRDARLIQ - Qızılınız dəyişdirilə BİLƏR
-
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb - YENİLƏNİB
-
HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və “AI Şəkildən Videoya” funksiyasına sahib 600 seriyası - FOTO
-
Lukaşenko Moskvaya getdi
-
Rusiyada daha bir neft emalı zavodu VURULDU
-
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib - FOTO
-
Sabah Bakının bu rayonunda qaz OLMAYACAQ
-
Bu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
-
Əməkdar artist klipi üçün 20 kq ARIQLAYIB: 57 kiloya düşüb - FOTO
-
Məhkəmə Timoşenko ilə bağlı gözlənilməz qərar verdi
-
Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya
-
Nigar qısa ətəyi ilə diqqət çəkdi - VİDEO
-
Atom Elektrik Stansiyasında sızma baş verdi





