Ölkə

Azalan maraq, artan qiymətlər – Mənzil bazarında nə baş verir?

31 Mart 2026 13:00
Baxış: 549
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlər Azərbaycanda tikinti bazarına marağın və bu sahəyə yönəldilən investisiyaların azalması müşahidə olunur.

Milli.Az xəbər verir ki, 2026-cı ilin yanvar-fevral aylarında bu sahədə 31 faiz geriləmə qeydə alınıb.

Belə ki, 2024-cü ildə hər 1000 nəfərə 2,5 mənzil düşdüyü halda, 2019-cu ildə bu göstərici 8,8 olub.

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirir ki, şəhərsalma qaydalarının sərtləşdirilməsindən sonra son illərdə ölkədə tikinti bumu zəifləyib.

Onun sözlərinə görə, tikinti sektorunda yavaşlama müşahidə olunsa da, mənzil qiymətlərində təxminən iki dəfə artım qeydə alınıb. Məsələn, 5 il əvvəl mənzillərin bir kvadratmetrinin orta qiyməti 1500 manat olduğu halda, hazırda bu rəqəm 3000 manata çatıb.
Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hadisələrin təsiri ilə Azərbaycanda əmlaka maraq göstərənlərin sayı artıb. Ekspert qeyd edir ki, yeni tikililərdə qiymətlərin yüksək olması sovet dövründə inşa edilmiş "Xruşşovka" və "Leninqrad" tipli köhnə mənzillərə tələbatı artırıb.

Səkinə Yusifova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.