Ölkə

Lüdviq van Bethovenin yaradıcılığına həsr olunmuş unudulmaz konsert proqramı baş tutub - FOTO

19 Fevral 2026 17:51
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nadir Events"in təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dünya klassik musiqisinin dühası Lüdviq van Bethovenin yaradıcılığına həsr olunmuş unudulmaz konsert proqramı baş tutub. Musiqiçilərin yüksək ifaçılıq məharəti ilə müşayiət olunan gecə klassik sənətsevərlər tərəfindən böyük rəğbət və heyranlıqla qarşılanıb.
 
Konsertin proqramı bəstəkarın ən sevilən incilərini - "Für Elise" və simli orkestr üçün nəfis "Menuet" əsərlərini bir araya gətirərək dinləyiciləri dahi bəstəkarın zəngin daxili aləminə səyahətə çıxarıb. Gecənin xüsusi məqamlarından biri kimi, məşhur "Aylı" sonatasının Adam Weselowski tərəfindən simli orkestr üçün işləməsində təqdim olunan fərqli interpretasiyası tamaşaçılara duyğulu və lirik anlar yaşadıb.
 
Səhnədə çıxış edən solistlərin virtuoz ifası gecənin bədii səviyyəsini daha da yüksəldib. Violin və orkestr üçün "Romans" əsərində Zərifə Alxazova, Bethovenin vokal sənətindəki dramatik gücünü əks etdirən "Ah Perfido" ariyasında isə soprano Nigar Cəfərova öz məharətləri ilə sürəkli alqışlar qazanıblar. Bəstəkarın folklora müraciətini göstərən "Şotland mahnıları" isə proqramın orijinallığını tamamlayaraq gecəyə xüsusi rəng qatıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.