Cəmiyyət

Abdin Fərzəliyev 6 nəfəri işdən çıxardı

19 Fevral 2026 18:35
Baxış: 753
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikliyindən sonra bir neçə vəzifəli şəxs işini itirib.

Milli.Az-ın məlumatına görə, bununla bağlı icra başçısı Abdin Fərzəliyev müvafiq əmrlər imzalayıb.

Belə ki, RİH-in baş mühasibi və sektor müdiri Nigar Məmmədova vəzifəsindən azad edilib. Onun yerinə Sədi Əhmədzadə baş mühasib və İnzibati işlər sektorunun müdiri təyin olunub.

Bundan əlavə, Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş baş memar Elvin Quliyev də vəzifəsindən azad olunub. Həmin şöbənin yerinə yaradılmış Memarlıq-tikinti məsələləri sektoruna isə əvvəllər şöbədə məsləhətçi işləmiş Kənan Babayev müdir təyin edilib.

Eyni zamanda, RİH-in Baş mütəxəssisi Nərgiz Sədrəddinova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində Baş məsləhətçi işləmiş Şahlar Həsənov, İctimai-siyasi və humanitar məsələlər şöbəsində Baş məsləhətçi işləmiş Vüqar Bəşirov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi işləmiş Fariz Əliyev də yeni stukturda yer almayıblar. (İqtisadiyyat.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.