Ölkə

"Liebestod və ya Eşqin ekstazında ölüm" adlı konsert keçirilib - FOTO

19 Fevral 2026 17:24
Baxış: 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzində "Liebestod və ya Eşqin ekstazında ölüm" adlı konsert keçirilib.

Rixard Vaqner və Klod Debüssinin yaradıcılıq yollarının kəsişdiyi konsert proqramını Əməkdar artist Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laueratları Daniil Kirillov və Anna Rasina (fortepiano) təqdim edib.

Gecədə R.Vaqnerin Matilda Vesendonkun şeirlərinə bəstələdiyi mahnılar və "Tristan və İzolda" operasından İzoldanın ölüm səhnəsi, Klod Debüssinin iki vokal silsiləsi "Ariettes oubliées" və Bakıda ilk dəfə səsləndirilən "Ç.Bodlerin sözlərinə beş şeir"səsləndirilib.

K.Debussinin "Antik Epiqraflar" süitasının pyesləri Anna Rasina və Daniil Kirillovun fortepiano duetinin ifasında interlyudiya kimi ifa edilib. Səsləndirilən əsərlər vasitəsi ilə sanki iki böyük bəstəkarların görüşü təcəssüm etdirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.