Beynəlxalq Muğam Mərkəzində "Liebestod və ya Eşqin ekstazında ölüm" adlı konsert keçirilib.
Rixard Vaqner və Klod Debüssinin yaradıcılıq yollarının kəsişdiyi konsert proqramını Əməkdar artist Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laueratları Daniil Kirillov və Anna Rasina (fortepiano) təqdim edib.
Gecədə R.Vaqnerin Matilda Vesendonkun şeirlərinə bəstələdiyi mahnılar və "Tristan və İzolda" operasından İzoldanın ölüm səhnəsi, Klod Debüssinin iki vokal silsiləsi "Ariettes oubliées" və Bakıda ilk dəfə səsləndirilən "Ç.Bodlerin sözlərinə beş şeir"səsləndirilib.
K.Debussinin "Antik Epiqraflar" süitasının pyesləri Anna Rasina və Daniil Kirillovun fortepiano duetinin ifasında interlyudiya kimi ifa edilib. Səsləndirilən əsərlər vasitəsi ilə sanki iki böyük bəstəkarların görüşü təcəssüm etdirilib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az