Ölkə

Ata Abdullayev azadlığa çıxır

13 Fevral 2026 15:53
Baxış: 897
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bloqer Ata Abdullayev azadlığa çıxır.

Milli.Az xəbər verir ki, 2021-ci ildə həbs edilərək 7 il müddətinə azadlıqdan məhrum edilən Ata Abdullayev barəsində məhkəmənin hökmü dəyişdirilib. 

Məsələ ilə bağlı Milli.Az Ata Abdullayevin ailəsi ilə əlaqə saxlayıb. A.Abdullayevin ailəsindən bildirilib ki, bu məsələ var, amma hələ ki, onu sərbəst buraxmayıblar.

Qeyd edək ki, A.Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə)  maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdi. 

Faktla bağlı ilk məlumat baku.es saytında yayımlanıb.

Mehman Əsədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.