Hərbçilərin pensiyası belə hesablanacaq - İZAH - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.
Milli.Az xəbər verir ki, hərbi qulluqçular aşağıdakı hallarda pensiyaya çıxmaq hüququna malikdirlər:
- Əgər şəxs hərbi xidmətdə və ya hüquq-mühafizə və xüsusi xidmət orqanlarında 20 il və daha çox xidmət edibsə, o, xidmət illərinə görə pensiya almaq hüququ qazanır.
- Digər kateqoriyaya isə ümumi iş stajı 25 il və daha çox olan şəxslər daxildir. Bu şəxslərin ümumi əmək fəaliyyətinin ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçməlidir.
- Eyni zamanda bəzi şəxslər xidmət müddəti bitmədən də pensiya hüququ əldə edə bilər. Əgər şəxs: yaş həddinə görə, xəstəlik və ya sağlamlıq imkanlarının məhdudlaşmasına görə, ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, və həmin vaxt 45 yaşı tamam olubsa, ümumi iş stajı 25 ildən çoxdursa və bunun ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçibsə, bu şəxslər də pensiya ala bilirlər.
- Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və hərbi xidmətdə və ya orqanlarda ən azı 15 il xidmət etmiş şəxslərə də xüsusi güzəştli pensiya hüququ verilir.
Pensiya məbləği necə hesablanır?
Pensiyanın məbləği xidmət müddətindən və xidmətdən azad olunma səbəbindən asılı olaraq dəyişir.
Əgər hərbi qulluqçu 20 il xidmət edibsə, ona əmək təminatının (maaş və digər təminatların hesablandığı məbləğin) 50 faizi həcmində pensiya təyin olunur.
Əgər şəxs sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız sayılaraq xidmətdən azad edilibsə, bu göstərici 55 faiz olur.
20 ildən artıq xidmət edən şəxslərin pensiyası isə artırılır. Hər əlavə xidmət ili üçün pensiyaya əlavə 3 faiz hesablanır.
Yaşa görə xidmətdən azad edilən və ümumi iş stajı 25 ildən çox olan şəxslərə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir. 25 ildən artıq hər əlavə il üçün pensiya 1 faiz artırılır.
Əgər şəxs xəstəlik, sağlamlıq məhdudiyyəti və ya ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, bu zaman pensiya təminat məbləğinin 55 faizi həcmində hesablanır. 25 ildən artıq hər əlavə iş ili üçün yenə 1 faiz əlavə olunur.
Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən və azı 15 il xidmət stajı olan şəxslərə isə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir və 15 ildən artıq hər əlavə xidmət ili üçün 3 faiz əlavə edilir.
Vətəndaşlar nəyə diqqət etməlidir?
Pensiya hüququnun düzgün hesablanması üçün şəxslər öz xidmət müddətlərini, ümumi əmək stajını və xidmətdən azad olunma səbəbini dəqiq sənədlərlə təsdiqləməlidirlər. Əmək kitabçası, xidmət dövrünü təsdiq edən arayışlar və tibbi sənədlər bu prosesdə əsas rol oynayır.
Əgər şəxs pensiya hüququ ilə bağlı tərəddüd yaşayırsa, aidiyyəti dövlət qurumlarına müraciət etməsi və rəsmi məlumat alması tövsiyə olunur.
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürüldü
-
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş
-
Yardımlıda 7 kəndin qazı kəsiləcək
XƏBƏR LENTİ
-
Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib
-
Penitensiar xidmətə yeni rəis təyin edildi
-
Bakıda bu binalar sökülür: Kvadratmetrə görə 2 800 manat kompensasiya
-
Siyəzəndə 43 yaşlı qadın boğularaq öldürüldü
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
-
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş
-
Yardımlıda 7 kəndin qazı kəsiləcək
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq - (Video)
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)





