Hərbçilərin pensiyası belə hesablanacaq - İZAH - VİDEO

13 Fevral 2026 15:40

Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.

Milli.Az xəbər verir ki, hərbi qulluqçular aşağıdakı hallarda pensiyaya çıxmaq hüququna malikdirlər:

Pensiya məbləği necə hesablanır?

Pensiyanın məbləği xidmət müddətindən və xidmətdən azad olunma səbəbindən asılı olaraq dəyişir.

Əgər hərbi qulluqçu 20 il xidmət edibsə, ona əmək təminatının (maaş və digər təminatların hesablandığı məbləğin) 50 faizi həcmində pensiya təyin olunur.

Əgər şəxs sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız sayılaraq xidmətdən azad edilibsə, bu göstərici 55 faiz olur.

20 ildən artıq xidmət edən şəxslərin pensiyası isə artırılır. Hər əlavə xidmət ili üçün pensiyaya əlavə 3 faiz hesablanır.

Yaşa görə xidmətdən azad edilən və ümumi iş stajı 25 ildən çox olan şəxslərə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir. 25 ildən artıq hər əlavə il üçün pensiya 1 faiz artırılır.

Əgər şəxs xəstəlik, sağlamlıq məhdudiyyəti və ya ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, bu zaman pensiya təminat məbləğinin 55 faizi həcmində hesablanır. 25 ildən artıq hər əlavə iş ili üçün yenə 1 faiz əlavə olunur.

Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən və azı 15 il xidmət stajı olan şəxslərə isə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir və 15 ildən artıq hər əlavə xidmət ili üçün 3 faiz əlavə edilir.

Vətəndaşlar nəyə diqqət etməlidir?

Pensiya hüququnun düzgün hesablanması üçün şəxslər öz xidmət müddətlərini, ümumi əmək stajını və xidmətdən azad olunma səbəbini dəqiq sənədlərlə təsdiqləməlidirlər. Əmək kitabçası, xidmət dövrünü təsdiq edən arayışlar və tibbi sənədlər bu prosesdə əsas rol oynayır.

Əgər şəxs pensiya hüququ ilə bağlı tərəddüd yaşayırsa, aidiyyəti dövlət qurumlarına müraciət etməsi və rəsmi məlumat alması tövsiyə olunur.

 
 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Jurnalist Adam (@jurnalistadam)

Mehman Əsədov
Milli.Az