Ölkə

Ünvanlı sosial yardımların məbləği artırılacaq

15 Yanvar 2026 13:03
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ünvanlı sosial yardımlar üzrə maliyyələşmənin artırılması nəzərdə tutulur. 

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyev 2025-ci ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.

Qeyd edib ki, ötən il ünvanlı sosial yardımların maliyyələşdirilməsi üçün 420 milyon manat vəsait ayrılmışdı.

Dövlət büdcəsində bu məqsədlə növbəti il üçün 467 milyon manat vəsaitin nəzərdə tutulması planlaşdırılır.

Qeyd olunur ki, ünvanlı sosial yardımlar ehtiyac meyarı əsasında müəyyənləşdirilir:

"Bu fərdi qaydada hesablanan yardımlarda özünü göstərməldir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.